Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) SAT imtahanları (SAT and SAT Subject) keçirilib.
İmtahanlar Mərkəzin inzibati binasında təşkil olunub. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 34 nəfər (o cümlədən 6 nəfər SAT Subject üzrə) iştirak edib. Onlara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Növbəti SAT imtahanının sentyabrın 26-da keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər