Rusiyada daha bir peyvəndin kliniki sınağına icazə verildi

Rusiyada daha bir peyvəndin kliniki sınağına icazə verildi Rusiyanın Səhiyyə Nazirliyi M.P. Çumakov adına İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı üzrə Federal Tədqiqat Mərkəzinin hazırladığı daha bir koronavirus peyvəndinin kliniki sınağına icazə verib.
Bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verəcək vaksinin sınağında 3 mindən çox könüllü iştirak edəcək. Kliniki sınaqlar yaxın vaxtlarda Kirov, Sankt-Peterburq və Novosibirskdə başlayacaq. Könüllülər peyvənddən sonra 16 gün stasionar şəkildə özünütəcrid rejimində olacaqlar.
Mərkəzin baş direktoru Aydar İşmuxametov bildirib ki, klinki sınaqların cari ilin noyabrında tamamlanması gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər