ÜST-dən ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət

ÜST-dən ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət Rusiya Prezidenti Vladimir Putinin ilk qeydiyyatdan keçmiş koronavirus peyvəndi ilə bağlı açıqlamasından sonra ÜST məsələyə münasibət bildirib.
ÜST-nin sözçüsü Tarik Yasareviçin sözlərinə görə, Rusiya istehsalı koronavirus peyvəndinin ÜST standartlarına uyğun olub-olmaması müzakirə olunur.
“Biz Rusiya səhiyyə orqanları ilə sıx əlaqədəyik və peyvəndin ÜST tərəfindən pre-kvalifikasiyası ilə bağlı müzakirələr davam edir, lakin hər hansı bir vaksinin pre-kvalifikasiyası bütün tələb olunan təhlükəsizlik və effektivlik məlumatlarının ciddi şəkildə nəzərdən keçirilməsini və qiymətləndirilməsini əhatə edir”,- deyə o, sözlərinə əlavə edib.
Qeyd edək ki, Rusiyanın ilk koronavirus peyvəndi “Gamaleya” Araşdırma İnstitutu və Rusiya Müdafiə Nazirliyi tərəfindən birgə hazırlanıb. Peyvəndin klinik sınaqları 18 iyunda başlayıb, sınaqlarda 38 könüllü iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər