Avstriyada könüllülər üzərində koronavirusa qarşı peyvənd sınaqları aparılacaq

Avstriyada könüllülər üzərində koronavirusa qarşı peyvənd sınaqları aparılacaq Koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan beynəlxalq elmi tədqiqat çərçivəsində Avstriyanın Zaltsburq əyalətində də kliniki sınaqlar aparılacaq.
Bu barədə Zaltsburq əyalət klinikalarının sözçüsü Volfqanq Fürveqer məlumat verib. Qeyd edilib ki, sentyabrın 27-dək 18-55 yaş arasında sağlam şəxslər kliniki sınaqda könüllü iştirak üçün müraciət edə bilərlər.
13 aylıq dövrü əhatə edən tədqiqatlar zamanı peyvənd maddəsinin təsir gücü və mümkün yan təsirləri araşdırılacaq. Peyvənd dozası vurulan könüllülər iki həftə nəzarət altında olacaqlar və bu müddətdə peyvəndin təhlükəsizliyi öyrəniləcək. Müddətin sonunda könüllülərin orqanizmində immunitetin səviyyəsi də diqqət mərkəzində olacaq.
Bildirilib ki, ABŞ əczaçılıq konsernlərindən birinin təqdim etdiyi peyvənd maddəsi Avstriya ilə yanaşı, ABŞ, Belçika və Fransada da könüllülər üzərində sınaqdan keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər