Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 2020-2021-ci tədris ili üzrə ilk onlayn iclası keçirilib.
Rektor, Elmi şuranın sədri, professor Cəfər Cəfərov gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. O, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə məlumat verib. Rektor yeni tədris ilində universitetin qarşıdan gələn 100 illik yubileyi, ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı haqqında danışıb.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU-da 2020-2021-ci tədris ilinə hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. O, məsafədən dərslərə hazırlıq, tələbə qəbulunun vəziyyəti, tələbə yay transferlərinin nəticəsi, “SABAH” qrupları, yeni tədris ilinə hazırlıq və s. barədə məlumat verib.
Sonra cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Tehsil-press.az