Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının onlayn iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “2019-2020-ci tədris ilinin yaz smestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və cari məsələlər daxildir.
Rektor Cəfər Cəfərov iclasda pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlər haqqında məlumat verib. Tələbələrin və müəllimlərin böyük əksəriyyətinin bu dərslərdə iştirak etdiyini bildirən rektor yaz imtahan sessiyasının təşkili məsələlərinə toxunub. Cəfər Cəfərov koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən danışıb. Bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus epidemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə gördüyü qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atılıb. Belə ki, ADPU-da tədris olayn təşkil olunub və artıq universitet onlayn imtahanlara hazırlaşır.
“2019-2020-ci tədris ilinin yaz smestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Dosent E.Aslanov bildirib ki, ADPU-da 2019-2020-ci tədris ilinin yaz semestrinin yekunlaşdırılması, təhsil proqramları üzrə nəzərdə tutulan təcrübələrin, semestr imtahanlarının, Buraxılış Yekun Dövlət Attestasiyasının və magistr dissertasiyalarının müdafiəsinin mövcud qaydalara uyğun təşkil etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələrin rəhbərlərinə ünvanladığı 20 may 2020-ci il tarixli 01-11-522/15 saylı məktubundan irəli gələn tələbləri təmin etmək məqsədi ilə əmr imzalanıb. Dosent Eldar Aslanov qərara əsasən Yaz semestr imtahanlarının formatı və keçirilməsi, Buraxılış Yekun Dövlət Attestasiyasının Bakalavr və magistrantların təcrübələrinin keçirilməsi, Magistrlik dissertasiyasının təqdim olunması və müdafiəsi, Təhsil haqları və təqaüdlərin müəyyən edilməsi barədə məlumat verib.
Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.
Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Magistrantların III Respublika elmi konfransının materiallarının nəşri barədə, Fəlsəfə doktoru proqramları üzrə doktorantların
dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi barədə Xüsusi təhsil kafedrasının dissertantı Turan Şahvələdli Qədimova “Kəkələmənin korreksiyasi zamanı kompleks loqopedik işin istiqamətləri” (elmi rəhbər: dosent Nailə Hüseynova), Xüsusi təhsil kafedrasının dissertantı Zeynəb Məmmədova “İnklüziv təhsil sahəsində müəllimlərin bacarıqlarının artırılmasının yolları” (elmi rəhbər: dosent Nailə Hüseynova) barədə məlumat verib.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda müzakirə olunan məsələlərlə əlaqədar işlərin qısa müddətdə icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi