ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-2020-ci tədris ili üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “Elmi Şuranın tərkibində dəyişikliyin edilməsi barədə”, “ADPU-nun 2018-2019-cu tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri və 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında”, “2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri haqqında” və cari məsələlər daxildir.
Rektor Cəfər Cəfərov Elmi Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
İclasda rektor ADPU-nun Cəlilabad Filialının direktoru, dosent Xudayar Sultanlıya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalını və uzun illər səmərəli elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq Tarix və coğrafiya fakültəsinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının müəllimi Dünyabəyim Əfəndiyevaya təşəkkürnamə təqdim edib, onlara xoş arzularını bildirib.
İclasda həmçinin ADPU-nun Quba Filialına yeni təyin edilmiş direktor, dosent Yusif Alıyev, Ağcabədi Filialına yeni təyin edilmiş direktor, dosent Mobil Məcidov, Davamlı təhsil və təlim şöbəsinə yeni təyin edilmiş müdir, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov Elmi Şura üzvlərinə təqdim edilib.
Təhsil işçilərinin sentyabrın 11-də keçirilən respublika konfransı barədə məlumat verən rektor bildirib ki, konfransda ötən tədris ilinin yekunları müzakirə edilib, 2019-2020-ci tədris ilinin əsas istiqamətləri və qarşıda duran hədəflər diqqətə çatdırılıb. Konfransda Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, bu il yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərin 4/1-i müəllimlik peşəsini seçiblər. Konfransda mən Pedaqoji Universitet adından müəllim hazırlığı, bu sahədə yeni trendlərlə bağlı çıxış etdim. Müəllimlərin İşə Qəbulu Müsabiqəsində 55 min nəfər namizəd iştirak edib. Onların uğur qazanan xeyli hissəsi ADPU-nun məzunlarıdır. Hazırda ADPU-da filiallar və Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə birlikdə 20480 nəfər tələbə təhsil alır. Bu il 365 nəfər gənc 500-dən yüksək bal toplayaraq ADPU-ya qəbul olunub. Cari tədris ilində ADPU-ya qəbul planı 96,4 faiz dolub. Yeni tədris ilindən başlayaraq ADPU-nun SABAH qruplarında 4 ixtisas tədris olunacaq. Bütün bu yüksək göstəricilər bizdən daha əzmlə, daha məsuliyyətlə çalışmağı tələb edir.
“Elmi Şuranın tərkibində dəyişikliyin edilməsi barədə” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Dosent E.Aslanov Elmi Şuranın yeni tərkibi, həmçinin fakültə və kafedraların adlarının dəyişdirilməsi barədə məlumat verib.
Elmi Şuranın üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.
“ADPU-nun 2018-2019-cu tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri və 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında” Tədris işləri üzrə prorektor, dosent E.Aslanov geniş hesabat məruzəsi ilə çıxış edib. Dosent E.Aslanov bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semеstrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Semestr və eləcə də Yekun Dövlət Attestasiyasında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər təşkilatçı, o cümlədən 100 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan Qrupu yaradılıb və imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Həm İmtahan Qərargahına, həm də Apelyasiya Komissiyasına edilən müraciətlər çevik araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Məruzəçinin çıxışında ADPU-da ali təhsilin magistratura səviyyəsi üzrə, eləcə də filiallar və ADPU-nun nəzdində ADPK üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri, habelə 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti və yeni tədris ilində qarşıda duran vəzifələr də öz geniş əksini tapıb.
Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.
“2019-2020-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbulun nəticələri haqqında” məlumat verən Sənəd Qəbulu Komissiyasının məsul şəxsi, dosent Razim Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 nəfər tələbə qəbul olunub. 1442 nəfər tələbə dövlət sifarişi əsasında, 856 nəfər tələbə isə ödənişli
əsaslarla qəbul olunub. ADPU builki tədris ilində də tələbə qəbulunda uğurlu nəticələr əldə edib. Yeni tədris ilində ADPU-nun Şəki Filialına 9 ixtisas üzrə 220 nəfər, Quba Filialına 6 ixtisas üzrə 202 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 137 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 143 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 131 nəfər qəbul olunub. Filiallara 833 nəfər tələbə qəbul olunub. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 7 ixtisas üzrə 1055 nəfər tələbə qəbul olunub. ADPK-də qəbul 97% olub. Bütövlükdə ADPU-ya filiallar və kolleclə birlikdə 4186 nəfər tələbə qəbul olunub.
Elmi Şura dosent R.Məmmədovun hesabatını qəbul edib.
“2019-2020-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə qəbulun nəticələri haqqında” məlumat verən Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov bildirib ki, ADPU-ya ali təhsilin magistratura səviyyəsində 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Onlardan 125 nəfəri dövlət sifarişi əsasında, 185 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. 13 nəfər bakalavr 100-dən çox bal toplayaraq magistraturya qəbul olunub. Magistraturaya qəbul planı 91,4% dolub.
Elmi Şura professor İ.Bayramovun hesabatını qəbul edib.
Cari məsələlərin müzakirəsi zamanı Tədris işləri üzrə prorektor, dosent E.Aslanov ADPU-nun 2018-2019-cu tədris ili üzrə dəqiqləşdirilmiş dərs yükünün və 2019-2020-ci tədris ili üçün proqnozlaşdırılmış dərs yükünün təsdiq edilməsi haqqında, ADPU-nun 2019-2020-ci tədris ili üçün strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında, ADPU-nun 2019-2020-ci tədris ili üçün Akademik Təqviminin təsdiq edilməsi haqqında, ADPU-nun 2019-2020-ci tədris ili üçün İş Planının təsdiq edilməsi haqqında, ADPU-nun bakalavr səviyyəsi üzrə kadr hazırlığı aparılan ixtisaslarında eksperimental qrupların yaradılması və idarə olunması qaydaları barədə, ADPU-nun Xarici Dillər Mərkəzinin Əsasnaməsi barədə, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov isə ADPU-da Təlimlərin təşkili Qaydaları barədə məlumat verib.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda rektor Cəfər Cəfərov yeni tədris ilində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Oxşar xəbərlər