Memarlıq və İnşaat Universiteti yeni tədris ili üçün ilk iclasını keçirib

Memarlıq və İnşaat Universiteti yeni tədris ili üçün ilk iclasını keçirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurası yeni tədris ili üçün ilk onlayn iclasını keçirib.
Rektor Gülçöhrə Məmmədova keçən tədris ilinin ikinci semestrində tədrisin, daha sonra isə imtahanların, buraxılış işlərinin müdafiəsinin onlayn həyata keçirildiyini deyib, bu sahədə müəyyən çətinliklərin olmasına baxmayaraq lazımi öhdəliklərin həyat keçirildiyini vurğulayıb. O, koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən danışıb. Rektor məlumat verib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020/2021-ci tədris ilinə onlayn şəkildə start veriləcək. Belə ki, birinci kurs tələbələri oktyabrın 1-dən əyani tədrisə cəlb olunacaq, ikinci və yuxarı kurs tələbələri üçün isə dərslər sabahdan onlayn şəkildə başlanacaq.
Tədris işləri üzrə prorektor Akif Qasımov “Pandemiya dövründə təhsilin təşkili qaydaları” ilə bağlı hesabatla çıxış edib, həm onlayn, həm də ənənəvi tədrisin təşkili nəzərə alınaraq tədris planları, tələbələrin semestr balının qiymətləndirilməsindən danışıb. Prorektor hesabatında pandemiya dövründə distant təhsilin təşkilində qarşıya çıxacaq çətinlikləri önləmək məqsədilə İKT Mərkəzində “Zoom” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün keçirilən təlimlərə də toxunub.
Sonda gündəlikdəki cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər