Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin elmi şurasının genişləndirilmiş iclası olub.
İclasda universitetin rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Rektor, eyni zamanda, BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələr barədə məlumat verib, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın 2018-2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı məruzəsi dinlənilib.
Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU-nun “SABAH” Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova “SABAH” qruplarında tədrisin təşkili barədə məlumat veriblər.
Sonra Şura üzvlərinin fikirləri dinlənilib, cari məsələlər müzakirə olunub.
Hikmət Əliyev