İlkin hesablamalara əsasən, Ermənistan işğalı nəticəsində infrastruktur istiqamətində ümumi uzunluğu 25 min kilometr olan avtomobil və torpaq yolları, 3984 metr (təxmini) olan 160 körpü, 14,5 min kilometr elektrik xətləri, 240 kilometr kanalizasiya xətləri, 2,3 min kilometr su kəməri xətləri, 2 min kilometr qaz kəməri, habelə 2500 transformator, 160 su tutarı, 34-dən çox qazpaylayıcı qurğu, 35 min nömrəlik telefon stansiyası və s. dağıdılıb.
Bu fikri İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Ermənistan işğalçılarının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair UNEC-də keçirilən müzakirələr zamanı səsləndirib.
O qeyd edib ki, ilkin hesablamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan İşçi Qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla aparılıb.
Tehsil-press.az