Bakı Slavyan Universitetində keçiriləcək beynəlxalq konfransa məqalə qəbulu davam edir

Bakı Slavyan Universitetində keçiriləcək beynəlxalq konfransa məqalə qəbulu davam edir Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda dekabrın 24-də keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu davam edir.
Konfransın işi “Filologiya elmləri”, “İctimai elmlər”, “Xarici dillər və onların tədrisi metodikası” və “Pedaqoji və psixoloji elmlər” bölmələri üzrə aparılacaq. İştirakla bağlı məlumat və məqalələr elektron formada noyabrın 20-dən gec olmayaraq e-mail: [email protected] ünvanına göndərilməlidir.
Məqalənin tərtibi qaydaları:
Həcmi: 3-5 səhifə
Şrift: format A4, ölçü 12, şrift Times New Roman
Abzas: 1,25, interval 1,5, hər tərəfdən 2,0 sm.
Məqalənin strukturu:
Birinci sətirdə - müəllifin soyadı, adı, atasının adı (kursivlə), ikinci sətirdə - elmi dərəcəsi, iş yeri (kursivlə), üçüncü sətirdə - müəllifin işlədiyi təşkilatın və ya müəssisənin adı, şəhər, ölkə, elektron ünvanı, əlaqə telefonu, dördüncü sətirdə - məqalənin adı (böyük hərflərlə).
Xülasə: ingilis dilində
Açar sözlər: məqalənin adından sonra göstərilməlidir (Azərbaycan, rus, ingilis dillərində).
İstinadlar məqalənin içində kvadrat mötərizədə verilməlidir: Nümünə [1, s. 54].
İstifadə olunmuş ədəbiyyat məqalənin sonunda bu qrif altında verilməlidir: “Ədəbiyyat” sözü ortadan yazılmaqla durğu işarələrsiz.
Təşkilat komitəsi konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələri qəbul etməmək hüququna malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər