Bakı Slavyan Universiteti (BSU) tərəfindən dekabrın 12-13-də “Dil siyasəti və müasir dövr” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.
Konfransın işi “Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm”, “Dil və norma”, “Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti”, “Dilin saflığına dövlət qayğısı”, “Dilin tarixi və inkişaf perspektivləri” və “Kütləvi informasiya vasitələri və ədəbi dil” bölmələri üzrə aparılacaq.
İştirakla bağlı məlumat və məqalə elektron formada noyabrın 15-dək [email protected] ünvanına göndərilməlidir. Noyabrın 30-dək qəbul edilmiş məqalələr haqqında məlumat veriləcək.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək və bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.
Tehsil-press.az