Azərbaycan İlahiyyat İnstitutunda birdəfəlik dissertasiya şurası yaradılıb

Azərbaycan İlahiyyat İnstitutunda birdəfəlik dissertasiya şurası yaradılıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) birdəfəlik dissertasiya şurası yaradılıb.
Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan birdəfəlik dissertasiya şurası iki ixtisas üzrə fəaliyyət göstərəcək: dinşünaslıq, dinin tarixi və fəlsəfəsi. Şuranın yaradılması Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş müvafiq əmrə əsasən həyata keçirilib. Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq yaradılıb.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-yə bakalavriat səviyyəsi üzrə dinşünaslıq və islamşünaslıq, magistratura səviyyəsi üzrə dinin psixologiyası, dinin sosiologiyası, dinlərin tarixi, islamşünaslıq, doktorantura və dissertantura səviyyələri üzrə isə dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə qəbul həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər