Əliabad İslam Kollecinin tələbələri İlahiyyat İnstitutunda olublar

Əliabad İslam Kollecinin tələbələri İlahiyyat İnstitutunda olublar Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) abituriyentlər (III ixtisas qrupu) üçün “Açıq qapı” günləri davam edir.
“Açıq qapı” günləri çərçivəsində Zaqatala rayonu Əliabad İslam Kollecinin tələbələri Aİİ-də olublar.
Aİİ-nin ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrə ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Müəssisədə təhsil tamamilə ödənişsizdir, tələbələr pulsuz dərslik, geyim və yeməklə təmin olunurlar.
Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova Əliabad İslam Kollecinin tələbələrinə instituta qəbul qaydalarından danışıb. O, xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil imkanları, institutun beynəlxalq əlaqələri, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında ətraflı məlumat verib.
Aİİ-nin islamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov institutun ixtisaslarından bəhs edib. Qeyd edib ki, institutda dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə tələbə hazırlığı aparılır.
Əliabad İslam Kollecinin tələbələri ali təhsil müəssisəsi ilə yaxından tanış olublar. Onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, Aİİ-də aprelin 22-dən başlanan “Açıq qapı” günləri mayın 22-dək davam edəcək.

Aİİ-nin Mətbuat Xidməti

Əliabad İslam Kollecinin tələbələri İlahiyyat İnstitutunda olublar

Oxşar xəbərlər