Braziliyanın San-Paulo ştatında avtobusla yük maşınının toqquşması nəticəsində azı 32 nəfər dünyasını dəyişib. Hadisə səhər saatlarında baş verib. əvvəlcə 22 nəfərin öldüyü bildirilsə də, hazırda bu rəqəm 32-dir. Məlumata görə, avtobusda tekstil fabrikinin 50-dən çox işçisi olub. Hələ də avtobusda sıxılıb qalanların olduğu bildirilir.