Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat

Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat Artıq sağlamlıq imkanları məhdud şəxslərin hamısı həmyaşıdları ilə birlikdə eyni şəraitdə təhsil alacaqlar.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə, inklüziv təhsil anlayışının “Təhsil haqqında” qanuna gətirilməsi ilə qanunda sağlamlıq imkanları məhdud şəxslərlin təhsili məsələsi ilə bağlı dəyişiklik edilib:
“İnklüziv təhsil anlayışı qanunda tamamilə yenidir. İnklüziv təhsil əvvəl təlimin interqrasiyası anlayışı idi. İndi bu anlayış inkülziv təhsil anlayışına dəyişdirilir. İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlbini nəzərdə tutur. Əvvəl bu inteqrasiya hesabına onların sağlam şagirdlərlə eyni məktəbdə, amma ayrı siniflərdə təlim alması təmin edilirdisə, indi bu, eyni sinifdə həmyaşıdları ilə, amma xüsusi təlim şəraiti yaratmaqla həyata keçiriləcək. Bununla da bərabərlik prinsipi tam təmin ediləcək və sonradan, tədricən sağlamlıq imkanları məhdud olan şəxslərin bütövlükdə cəmiyyətə inteqrasiya edilməsi və onların hamısının bərabər olmasına şərait yaradılacaq. Yəni sağlamlıq imkanlarının məhdud olması maneə deyil, bu, heç də bərabər hüquqlu şəxs olmamaq anlamına gəlmir".

Tehsil-press.az

Oxşar xəbərlər