Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup müəllim və tələbəsi Xəzər rayonundakı Şağan 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsində olub.
Məqsəd valideyn himayəsindən məhrum uşaqların qayğı və diqqətdən kənarda qalmadıqlarını xatırlatmaq olub.
Müəllim və tələbələr sağlamlıq imkanı məhdud uşaqlar üçün yaradılan şəraitlə tanış olduqdan sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Tələbələrə müəssisənin sakini Tərlanın hazırladığı suvenir hədiyyə edilib.
Universitetin kollektivinin vaxtaşırı uşaq və qocalar evlərinə, eləcə də əlillər və sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları müəssisələrə ziyarətlərinin təşkili tələbələrdə mərhəmət hissinin daha da güclənməsinə xidmət edir.

ATMU-nun Mətbuat Xidməti