Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq

Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının verilmə qaydası, o cümlədən “Zəfər”, “Qarabağ” ordenlərinin statutu müəyyənləşib.
“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər