Bakı Slavyan Universitetinin tələbələri sərgidə iştirak ediblər

Bakı Slavyan Universitetinin tələbələri sərgidə iştirak ediblər Böyük Vətən müharibəsi illərində Leninqrad şəhərinin (indiki Sankt-Peterburq) düşmən blokadasından azad olunması münasibətlə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiyanın hərbi qüdrətini əks etdirən fotosərgi keçirilib.
Sərgidə tanınmış fotoqraf Aleksandr Novikovun əsərləri nümayiş olunub.
Fotosərgidə BSU-nun Rusiya tədris və mədəniyyət mərkəzinin “Moskva auditoriyası”nın müdiri Gülnarə Novruzova, Sankt-Peterburq tədris və mədəniyyət mərkəzinin müdiri Andrey Cabbarov və universitetdə rusiyaşünaslıq ixtisası üzrə təhsil alan I, II, III kurs tələbələri iştirak ediblər. ‎
Xatırladaq ki, yanvarın 27-si Rusiyanın Döyüş Şöhrəti Günü kimi qeyd olunur. Həmin gün Leninqrad şəhəri düşmən blokadasından azad edilib. Şəhərin azad edilməsi həm rus xalqı, həm də dünya ictimaiyyəti üçün çox böyük əhəmiyyətə malik olub. Bu il blokadanın aradan qaldırılmasının 75 ili tamam olur.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər