Növbəti TOEFL iBT imtahanı keçirilib

Növbəti TOEFL iBT imtahanı keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 2-də TOEFL iBT imtahanı keçirilib.
İmtahan Mərkəzin Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər