Fransada icazəsiz mitinq keçirənlərə qarşı qanun hazırlanır

Fransada icazəsiz mitinq keçirənlərə qarşı qanun hazırlanır Fransada icazəsiz aksiya keçirənlər və aksiyalarda aqressiv hərəkətlər nümayiş etdirənlərin cəzalandırılması üçün yeni qanun layihəsi hazırlanır.
Bu barədə ölkənin baş naziri Eduard Filipp açıqlama verib.
Onun sözlərinə görə, 17 noyabr 2018-ci ildən etibarən “Sarı jiletlilər”in keçirdiyi aksiyalarda 5600 nəfər saxlanılıb, 1000-dən çoxu həbs edilib.
Aksiyalarda 10 nəfər ölüb, 1000-dən çox insan isə yaralanıb.
12 yanvarda Fransada növbəti kütləvi aksiya keçiriləcək və 80 min min polis xidmət aparacaq.
Qeyd edək ki, “sarı jiletlilər” əvvəlcə yanacağın qiymətinin qalxması əleyhinə aksiyaya başlasalar da, daha sonra prezident Emmanuel Makronun istefasını tələb ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər