Çinin Honkonq xüsusi inzibati bölgəsində polis qanunsuz keçirilmiş etiraz aksiyası ilə əlaqədar 360-dan çox insanı saxlayıb.
Honkonqun qanunvericilər şurasında dövlət himni ilə bağlı qanunun müzakirəsinə qarşı yönələn aksiya icazəsiz keçirilib. Polis şəhər sakinlərinin öz fikirlərini dinc qaydada azad ifadə etmələrinə hörmətlə yanaşdığını, amma bunun qanuni yollarla həyata keçirilməli olduğunu bəyan edib. Səhər saatlarında başlayan aksiya ilə əlaqədar hücum silahının saxlanılmasında və avtomobilin təhlükəli idarə edilməsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Saat 13:00 radələrində etirazçılar şəhərin mərkəzində yolun hərəkət hissəsini tutaraq, nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıblar.
Honkonqda keçirilən qanunsuz aksiya Honkonq xüsusi inzibati bölgəsinin hüquq sisteminin və qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanun layihəsinin Pekində davam edən Çinin qanunverici orqanında müzakirəyə çıxarılması ilə eyni vaxta təsadüf edir. Həmin qanun layihəsinə etiraz əlaməti olaraq mayın 24-də keçirilmiş qanunsuz aksiyanın 180-dən çox iştirakçısı da saxlanılıb.
Tehsil-press.az