İtaliya və Yunanıstanda olduğu kimi, Portuqaliyada da ailə müavinətlərinin, investisiyaların azalması uşaq yoxsulluğuna səbəb olur.
Bu barədə UNİCEF COVID-19 pandemiyasının inkişaf etmiş ölkələrdə yoxsulluğa təsiri haqqındakı hesabatda xəbərdarlıq edib.
Pandemiya başlamazdan əvvəl Portuqaliyada 18 yaşınadək olan uşaqların 19 faizi yoxsulluq içində yaşayıb. Analitiklər növbəti beş ildə bu rəqəmin artacağını etiraf edirlər.
Avrostatın məlumatına görə, inkişaf etmiş ölkələrdə pandemiyanın ilk dalğası zamanı maliyyə dəstəyinin 90 faizi şirkətlərə göndərilib. Bununla belə, fevraldan iyulun sonunadək olan dövrdə bu məbləğ tarixi maksimuma - 10,8 milyard dollara çatıb.
UNICEF uşaqların ən zəif qruplar siyahısından çıxarılması riski barədə xəbərdarlıq edib. Xəbərdarlıqda ağır vəziyyətdə olan uşaqların daha çox əziyyət çəkəcəyi bildirilir.
Bundan əlavə, hesabatda qeyd edilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) və Aİ-yə daxil olan ölkələrin yalnız üçdə biri pandemiyaya cavab olaraq uşaqlara dəstək siyasətini təsdiqləyib.
UNICEF, uşaqların sosial müdafiəsinə yönəli xərclərin artırılmasını tövsiyə edir, çünki vaxt keçdikcə daha intensiv sosial müdaxilələrə ehtiyac duyulur.
Tehsil-press.az