Lavrov da ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pislədi

Lavrov da ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pislədi “ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi beynəlxalq hüquqa qarşı növbəti təkəbbürlü münasibət, ənənəvi birtərəfli qeyri-legitim məcburetmə tədbiridir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniya və Herseqovinada mətbuat konfransı zamanı deyib.
S.Lavrovun fikrincə, bu cür yanaşma beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu artırmır və onun üzərinə məsuliyyət qoyur.
Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan C-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib.

Tehsil-press.az

Oxşar xəbərlər