Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrlə bir qrup məzunun onlayn görüşü keçirilib.
Tədbirdə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev bu ənənənin illərdir davam etdiyini deyib. O, gələcəyin jurnalistləri ilə praktik qələm sahibləri arasında belə görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edərək tədbir iştirakçılarına fakültənin son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verib, tələbələrə yaradılan şəraitdən danışıb. Jurnalistika fakültəsi ilə məzunların sıx əməkdaşlığının vacibliyini vurğulayıb.
Fakültə dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev görüşün keçirilmə məqsədi barədə məlumat verib. Fakültədə tələbələrin inkişafı üçün görülən işlərdən, perspektiv layihələrdən bəhs edib. Tələbələrə tarixə bağlı olmağı, ona sahib çıxaraq qorumağı tövsiyə edən dekan qeyd edib ki, dünyada baş verən dəyişikliklər nəticəsində yeni informasiya-kommunikasiya vasitələri meydana gəlir, bu da öz növbəsində yeni imkanlar yaradır.
Keçmiş məzunlardan Əməkdar Jurnalist, “Xalq qəzeti”nin yazarı Namiq Əhmədov tələbəlik illərindən, fakültədəki müsbət atmosferdən danışaraq, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. Qonaq əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb. N.Əhmədov özünün jurnalistikaya həvəsinin yaranmasından və hazırkı fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Konflikt Jurnalistikası Məktəbinin rəhbəri Əlisəfa Mehdiyev jurnalistika fakültəsinin məzunu olmağından qürur hissi keçirdiyini vurğulayaraq tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. Birinci Qarabağ müharibəsindəki iştirakından və Vətən müharibəsində jurnalistlərlə keçirdiyi görüşlərindən bəhs edən Ə.Mehdiyev tələbələrə konflikt jurnalistikası ilə bağlı maraqlı məlumatlar verib.
Qonaqlar BDU-nun Jurnalistika fakültəsinin məzunu kimi görüşdə yaşadıqları duyğuları da tələbələrlə bölüşüblər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Tehsil-press.az