Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və jurnalistika fakültəsinin 140-cı qrupunda Onlayn jurnalistika fənni üzrə “Onlayn media bazarının analizi” mövzusunda interaktiv dərs keçirilib. ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə keçirilən dərsdə Milli Məclisin deputatı Aydın Mirzəzadə və universitetin professor-müəllim heyəti iştirak edib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev A.Mirzəzadəni tələbələrə təqdim edərək onun fəaliyyəti haqqında məlumat verib. Professor A.Mirzəzadə ilə görüşün əhəmiyyətini xüsusilə qeyd edib və bunun tələbələrin gələcək fəaliyyətlərinə öz töhfəsini verəcəyini vurğulayıb.
A.Mirzəzadə onun üçün doğma universitet olan ADU-da keçirilən dərsdə iştirak etməkdən məmnun olduğunu bildirib və tələbələrlə görüşün əhəmiyyətindən bəhs edib. Dərsin mövzusuna toxunan A.Mirzəzadə onlayn medianın iş prinsipləri, jurnalistikanın etik qaydaları, mənbəyə istinad edilməsinin vacibliyi, müqayisəli şəkildə təhlilin zəruriliyi barədə fikirlərini tələbələrlə bölüşüb. O, tələbələrə mütaliə etməyi, tariximizə və mədəniyyətimizə sahib çıxmağı tövsiyə edib, onlara təhsillərində uğurlar arzulayıb.
Sonra çıxış edən Filologiya və jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli tələbələrin A.Mirzəzadə ilə canlı ünsiyyət qurmaq üçün imkan əldə etdiyini qeyd edib və buna görə ona təşəkkürünü bildirib. O, dərsdə iştirak edən tələbələrin jurnalistikanın müxtəlif janrlarına aid materiallar hazırlayacaqlarını ön plana çəkərək bu baxımdan dərsin tələbələr üçün əsl təcrübə olduğunu vurğulayıb.
Dərs tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti