Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin birinci kurs tələbələri ilə onlayn görüş

Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin birinci kurs tələbələri ilə onlayn görüş Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib.
Virtual görüşdə fakültənin dekanı Vüqar Əliyev tələbələrə seçdikləri ixtisas haqqında ətraflı məlumat verib. O, fakültədə tələbələrin təhsili üçün yaradılmış əlverişli şəraitdən də bəhs edib.
Onlayn görüşdə dekan müavinləri Könül Niftəliyeva, Sevinc Əliyeva və Samir Mirzəyev BDU-da təhsil və tədris sistemi, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi, imtahanların təşkili, dərs cədvəli, mühazirələr, məşğələlər və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər.
“Microsoft Teams” platforması üzərindən baş tutan görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər