Azİİ Elektron Kitab Evi oxucuları üçün yeni axtarış imkanları yaradıb

Azİİ Elektron Kitab Evi oxucuları üçün yeni axtarış imkanları yaradıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evi 2021-ci ilin yanvar ayından Rusiyanın “Polpred com” axtarış bazasının "Rusiya Federasiyasında və xaricdə neft, qaz, kömür" sahəsi üzrə elektron resurslarına giriş imkanları əldə edib.
Məlumat axtarış bazalarından Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən 5500-ə yaxın oxucusu və ADNSU-nun professor-müəllim heyəti istifadə edə biləcək. Qeydiyyatdan keçməyən tələbələr isə [email protected] elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər. Pandemiya dövrü ilə əlaqədar Azİİ Elektron Kitab Evinin abunə olduğu məlumat bazaları oxucuları üçün evdən giriş imkanlarını da aktiv edib.
Qeyd edək ki, "Polpred com” Rusiya Federasiyasının geniş məlumat axtarış bazasıdır. Bu verilənlər bazasına Rusiya Federasiyasında və xaricdə neftin, qazın çıxarılması, nəqli və saxlanması, kəşfiyyatı və emalı, eləcə də kömürün, morfun çıxarılmasına aid məqalələr və digər materiallar verilib. Ümumilikdə “Polpred com” axtarış bazasına Rusiyanın 8 federativ dairəsi üzrə 53 sahədən 600 mənbə və son 20 ili əhatə edən digər informasiyalar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər