Onlayn tədbir: Qarabağın maddi və mənəvi sərvətləri

Onlayn tədbir: Qarabağın maddi və mənəvi sərvətləri Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin birgə təşəbbüsü ilə “Qarabağın maddi və mənəvi sərvətləri” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Kimya fakültəsinin TGT sədri Əli Qədirli illər sonra azadlığına qovuşmuş Qarabağın maddi-mədəni sərvətləri haqqında məlumat verib.
Tələbə Elmi Cəmiyyətinin sədri Rahilə Əhmədova Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyətinin ətraf mühitə ciddi ziyan vurduğunu qeyd edib.
Fakültənin dekan müavini Taleh Qəhrəmanov Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətindən danışıb. Qeyd edib ki, ermənilər bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan ediblər.
Tədbirdə fakültənin tələbələri “Qarabağın milli-mənəvi dəyərləri”, “Qarabağın mədəniyyəti”, “Qarabağın abidələri”, “Faydalı qazıntılar”, “Qarabağın təbiəti”, “Qarabağın sərvətləri” mövzularında məruzə ilə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər