Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti kontekstində” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli “Əsir düşmüş mədəni abidələrin gələcək taleyi” mövzusunda çıxış edərək, Qarabağ ərazisində mövcud olan mədəni abidələrin tarixi haqqında ətraflı məlumat verib.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavinləri Şamo Cəbrayılov və Fərhad Mirzəyev milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyini vurğulayıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edərək cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolunu qiymətləndiriblər.
Şərqşünaslıq və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri Qarabağ mədəniyyəti, ayrı-ayrı dini konfessiyaların nümayəndələrinin Qarabağda birgə yaşayış tarixi, Şuşa şəhərinin adət-ənənələri barədə məlumat veriblər. Qeyd ediblər ki, ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbələri də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Tələbə-gənclər eyni zamanda əsrlərboyu cilalanmış, zamanın sınaqlarından çıxmış, xalqımızın özünəməxsus milli meyarlarına çevrilmiş milli-mənəvi dəyərlərin xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümü olduğuna diqqət çəkiblər.
Tehsil-press.az