Ermənilər Qarabağın əsl tarixi və mədəniyyətini təhrif edirlər

Ermənilər Qarabağın əsl tarixi və mədəniyyətini təhrif edirlər Qarabağ Azərbaycanın mədəni xəzinəsi və ürəyidir. Tehsil-press.az-ın məlumatına görə, bu barədə ABŞ-dakı Qarabağ fondunun icraçı direktoru Diana Altman məqaləsində yazır.

O qeyd edir ki, hazırda Qarabağın əsl mədəniyyəti məhv edilib və qarət olunub: "Ermənilər ABŞ-dakı diasporanın aktiv fəaliyyəti sayəsində Qarabağ münaqişəsi ilə bağlı öz baxışlarını bütün dünyaya sırıyıblar".
D.Altman oxucularına UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınan Azərbaycan muğamı, son Şuşa xanının qızı, şairə Xurşidbanu Natəvanın fəaliyyəti, hazırda işğal altındakı Qarabağdan olan tanınmış bəstəkar Üzeyir Hacıbəyov barədə məlumat verir.
O hesab edir ki, mədəniyyət diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynaya bilər.


Tehsil-press.az

Oxşar xəbərlər