BDU-da onlayn tədbir: Milli-mənəvi dəyərlərə bağlılıq dövlət siyasətinin əsas prioritetlərindəndir

BDU-da onlayn tədbir: Milli-mənəvi dəyərlərə bağlılıq dövlət siyasətinin əsas prioritetlərindəndir Bakı Dövlət Universitetinin (BDU) Hüquq və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərə bağlılıq dövlət siyasətinin əsas prioritetlərindəndir" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev və fakültələrin birinci kurs tələbələri iştirak ediblər.
Tələbələrdən Fidan Hüseynli, Firavan Əlizadə, Mədinə Cəfərova, Aysun Məlikova, Almaz Həmzəyeva çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gəncləri də əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verir.
Çıxışlarda, həmçinin milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyi qeyd olunub, gənc nəslin bu dəyərlərin qorunmasında fəal iştirakının önəmindən bəhs edilib və cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu qiymətləndirilib.
Tədbir tələbələrin fəal müzakirələri ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər