ADA Universitetinin İxtisasartırma Proqramları 2020-ci il üzrə nəzərdə tutulan təlim kurslarını uğurla başa çatdırıb.
Pandemiya səbəbindən təlimlər onlayn formatda təqdim edilsə də, İxtisasartırma Proqramları dövlət və özəl sektoru təmsil edən bir çox iştirakçını bir araya gətirə bilib.
ADA Universiteti bu il sentyabrın 21-dən dekabrın 15-dək Azərbaycanın 20-dən çox ölkəsindəki səfirlik və nümayəndəliklərini, nazirliklər də daxil olmaqla, müxtəlif dövlət qurumlarını təmsil edən iştirakçılara “Diplomatlar üçün Xarici Siyasət Proqramı”nı təqdim edib. 25 günlük proqram yüksək rütbəli diplomatlardan, rəhbərlik tabeçiliyindəki diplomatik korpus əməkdaşlarından və dövlət qulluqçularından ibarət 3 fərqli hədəf qrupu üçün nəzərdə tutulub. Fərqli hədəf qruplarından olan iştirakçılar ümumilikdə 25 seminar, təlim və vebinarın iştirakçısı olublar. Proqramın xüsusilə pandemiya dövründə diplomatların peşəkar tələblərinə uyğunlaşdırılan məzmunu böhran şəraitində ictimai diplomatiya, bu şəraitdə konsulluq xidmətlərinin idarə edilməsi, kiber diplomatiya və eləcə də böhran vəziyyətində media əlaqələri mövzularını əhatə edib.
Bundan başqa, proqram siyasi təhlilin aparılması, həmçinin iqtisadi vəziyyət, pandemiyanın enerji bazarlarına təsiri, postpandemiya dövrünün qlobal məsələləri və dəyişən beynəlxalq nizam, bu dövr üçün aktual danışıq bacarıqları, liderlik, Davamlı İnkişaf Məqsədləri və s. mövzuları əhatə edib. Proqram məzunlarının sayı 76 nəfərdir.
İxtisasartırma Proqramlarının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik, AlDA) ilə birgə təşkil etdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” bu il oktyabrın 5-16-da keçirilib. Proqram 11 Afrika ölkəsindən 14 gənc və peşəkar diplomatın iştirakı ilə təşkil edilib. Builki proqramın məzmunu böhran dövründə siyasi təhlil, ictimai diplomatiya və media ilə əlaqələr, hazırkı qlobal problemlər və postpandemiya dövründə dəyişən beynəlxalq nizam, Davamlı İnkişaf Məqsədlərində diplomatiyanın rolu, beynəlxalq siyasət, ticarət və enerji məsələləri və s. mövzuları əhatə edib. Bundan əlavə, ünsiyyət və liderlik bacarıqları da tədris edilən mövzulardan olub.
Bu ilin noyabr ayında xarici diplomatlar üçün daha bir proqram – “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla tamamlanıb. Proqrama Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən və xarici beyin mərkəzlərindən 21 iştirakçı qoşularaq Xəzər hövzəsi üzrə geosiyasi maraqlar və regional təhlükəsizlik mövzuları başda olmaqla bir çox aktual məsələlər barədə biliklərini artırıblar. Xəzər hövzəsində baş verən tarixi hadisələr, yeni çağırış və perspektivlər, bölgədəki dini, siyasi və təhlükəsizlik amilləri, ticarət, nəqliyyat əlaqələri və enerji layihələri, eləcə də Azərbaycan xalqının milli mənsubiyyəti, ölkənin iqtisadi transformasiyası və inkişaf strategiyası, qaçqın və məcburi köçkün məsələləri proqramın əsas mövzularını təşkil edib.
Yerli və xarici diplomatlar üçün bu il onlayn formatda təqdim edilən hər üç proqramda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas mövzulardan biri kimi ətraflı tədris edilib. Diplomatik proqramlar ADA Universitetinin idarəetmə heyətinin bəzi nümayəndələri və professor-müəllim kollektivi, xaricdən dəvət edilmiş təcrübəli ekspertlər və yerli dövlət qurumlarını, ölkəmizdəki beynəlxalq təşkilatları və diplomatik nümayəndəlikləri, biznes sektorundakı iri şirkətləri təmsil edən qonaq çıxışçılar tərəfindən tədris edilib. Xarici ekspertlərdən Malta Prezident Administrasiyasının rəhbəri Olaf Terribile, ADA-nın Malta, İsveçrə, Serbiyadakı tərəfdaş qurumu olan “Diplo Foundation”ın nümayəndəsi Vladimir Radunoviç, Mariliya Masiyel, Pavlina İtelson, Niderland Krallığındakı “Clingendael Academy”dən Ron Ton, Polşadakı Avropa Diplomatiya Akademiyasından Katarjina Pisarska proqramı tədris ediblər.
Bu proqramlar diplomatları müasir dövrdə, böhran şəraitində zəruri olan bilik və bacarıqlarla təmin edir, onları uğurlu diplomatik karyera qurmağa və ya bu sahədə fəaliyyətlərini təkmilləşdirməyə təşviq edir.
İnsan kapitalının inkişafı istiqamətində ADA Universiteti dövlət sektoru ilə yanaşı, özəl sektorun da nümayəndələri üçün 10-a qədər ödənişsiz vebinar, 5 “Açıq Qeydiyyat Proqramları” və sifariş əsaslı 4 “Xüsusi Təlim Proqramları” həyata keçirib.
Tehsil-press.az