ADA Universitetinə builki tədris ili üzrə 728 yeni tələbə qəbul edilib.
Tələbələrdən 543-ü səkkiz ixtisas üzrə bakalavr proqramına, 185-i yeddi ixtisas üzrə magistr proqramına daxil olub. Builki qəbulda ADA-nın MQİMO Universiteti ilə birgə təqdim etdiyi Maliyyə üzrə MBA, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təşkil etdiyi Kompüter elmləri və Data analitikası üzrə ikili diplom proqramlarına da tələbə qəbulu həyata keçirilib. Müasir təhsilin tələblərinə cavab vermək məqsədilə təqdim edilən Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramına da tələbə qəbul edilib.
Bakalavra qəbul üzrə Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarının orta keçid balı 559 bal olub. ADA-ya bakalavr pilləsinə DİM nəticəsi ilə 309, SAT nəticəsi ilə 172, "IB" üzrə 7, Milli İnformatika Olimpiadasının nəticəsi üzrə 2 tələbə qəbul edilib. Bakalavr tələbələrinin 91-i 600-dən yuxarı bal toplayaraq müxtəlif təhsil haqqı güzəştlərindən yararlanıblar. Ali məktəblərə qəbul imtahanında ən yüksək nəticəni (700 bal) göstərən abituriyent hüquqşünaslıq ixtisasına daxil olub. Bundan əlavə, informasiya texnologiyaları, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat və beynəlxalq münasibətlər ixtisaslarına qəbul edilən 8 yüksəkballı tələbə Prezident təqaüdünə layiq görülüb.
Əvvəlki illə müqayisədə İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisaslarının minimum keçid balı 100 bal artıb.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal vurğulayıb:
“Azərbaycan təhsil sistemində müxtəlif beynəlxalq kurikulum əsaslı məktəblərin mövcudluğunu nəzərə alaraq, ADA bütün məzunlara qəbul üçün eyni imkanlar təqdim edir, bakalavr pilləsində təhsil almağa şərait yaradır. Eyni zamanda, fərqli yerli və beynəlxalq təhsil sistemindən gələn tələbələr öyrənmə mühitinə fərqli təcrübələr gətirərək tədris prosesini daha da zənginləşdirirlər”.
Builki tədris ili üzrə ADA Universiteti 118 xarici tələbə qəbul edib. Onlardan 97-si bakalavr, 21-i isə magistr proqramları üzrə təhsil alırlar. Ümumilikdə, ADA bu il İndoneziya, Macarıstan, Rusiya, Qana, Meksika, Venesuela və Filippin də daxil olmaqla 40 ölkəni təmsil edən xarici tələbə qəbul edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, pandemiya ilə bağlı xarici tələbələrin qəbulunda çətinliklər olsa da, universitet bu il də onları ADA-da təhsilə cəlb edə bilib.
“İndiyədək əldə etdiyimiz tədris təcrübəsini onlayn təhsilə də tətbiq etdiyimizə görə xarici tələbələrin dərslərə uyğunlaşmasında çətinlik yaşamadıq. Təqdim etdiyimiz təqaüd proqramları isə onların ADA-nı seçməsinə faydalı oldu”,- deyə prorektor əlavə edib.
ADA-nın xarici tələbələri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin tələbələri üçün təsis etdiyi təqaüd proqramından və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Əlimərdan bəy Topçubaşov” adına təqaüddən yararlanırlar.
Builki qəbul bir çox ilklərlə də yadda qalıb. Belə ki, bu il ilk dəfə qəbul olan tələbələrin qeydiyyatı tamamilə onlayn qaydada aparılıb. ADA-nın bütün tələbələri payız semestri üzrə onlayn dərslərin təhsil haqqına 15 faiz güzəşt əldə ediblər. Universitet ilk dəfə bu il Respublika fənn olimpiadasının qaliblərinə birillik 100 faiz təqaüd təqdim edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində və BP və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən Kompüter elmləri və Data analitikası üzrə magistr proqramına da ilk dəfə bu il qəbul aparılıb. Universitet bu il Təlim və tədrisin təşkili və metodikası üzrə magistr proqramının da ilk tələbələrini qəbul edib.
Builki ilklər sırasında ADA Məktəbindən məzun olan 30 tələbənin xüsusi şərtlərlə ADA Universitetinə qəbul edilməsini də qeyd etmək olar. Həmin tələbələrdən 5-i ADA Məktəbini fərqlənmə attestatı ilə başa vurub.
Tehsil-press.az