“ADA” Universiteti nəzdində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xarici İşlər Nazirliyi Naxçıvan MR İdarəsinin bir qrup əməkdaşı Brüsselə səfər etmişdir. Səfər zamanı gənc diplomatlar Avropa Parlamentində görüşlər keçirmiş, Aİ xarici siyasətlə məşğul olan təsisatları ilə tanış olmuş, Aİ -Azərbaycan münasibətətləri mövzusunda bir sıra Avropa siaysətçiləri ilə fikir mübadiləsi aparmaq imkanı əldə etmişdilər. Avropa ölkələri xarici siyasətində Brüsselin rolu, lobbi fəaliyyəti, media ilə münasibətlər də səfər gündəminin diqqətinə olmuşdur. XİN Naxçıvan MR İdarəsinin əməkdaşları Azərbaycanın Aİ yanında nümayəndəliyinin başçısı səfir Fuad İsgəndərovla görüşdə Azərbaycanın milli maraqlarının Brüsseldə beynəlxalq gündəmə çıxarılması, ölkəmizin Avropa İttifaqı ilə gündəlik təmaslarının necə qurulması barədə öyrənmişdilər. Onlar həmçinin Avropa Parlamentində Aİ-nin Gürcüstanla viza rejiminin liberallaşdırılması ilə bağlı keçirilən debatları müşahidə etmşdilər.
Səfər “ADA" Universitetinin XİN əməkdaşlarına verdiyi ixtisasartırma təliminin bir hissəsi idi. Ötən ildən başlayaraq Universitet XİN Naxçıvan MR İdarəsinin heyətinə siyasi, iqtisadi, mədəni, ictimai diplomatiya, kommunikasiya bacarıqları, diplomatik yazı və protokol qaydalarını əhatə edən silsilə təlimləri həyata keçirir.

ADA-nın Mətbuat Xidməti