ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və “BP Azerbaijan” şirkətləri ilə birgə təşkil etdiyi XIII Bakı Yay Enerji Məktəbi başa çatıb.
Bu il ikihəftəlik sertifikat proqramını ABŞ, Vyetnam, Türkiyə, Avstraliya, Macarıstan, Yunanıstan, Meksika daxil olmaqla 31 nəfərdən ibarət enerji sektorunun peşəkarları uğurla başa vurub.
ADA Universiteti tarixində ilk akademik proqramlardan biri kimi təsis edilən Bakı Yay Enerji Məktəbi enerji və ətraf mühit məsələləri üzrə təlim keçmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirir. Məktəb iştirakçıları mövzularla bağlı biliyi ilk məlumat qaynağından alaraq enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, Xəzər hövzəsinin yerli və qlobal kontekstdə qiymətləndirilməsi və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə geniş şəkildə tanış olurlar.
ADA Universitetinin ixtisasartırma proqramları üzrə prorektor müavini Aygün Hacıyevanın sözlərinə görə, XIII Yay Məktəbinin proqramı ənənəvi mövzularla yanaşı, dəyişən enerji bazarlarında qeyri-ənənəvi neft və qaz mənbələrini də diqqətə saxlayıb: “Enerji sektorunun ətraf mühitə artan təsirini nəzərə alaraq biz, dünyada və Azərbaycanda bu sahədə ən son texnoloji innovasiyalarla bağlı məlumatı da proqrama daxil etmişdik. ADA Universitetinin SOCAR və “BP Azerbaijan” ilə təşkil etdiyi Bakı Yay Enerji Məktəbi enerji sektorunda mükəmməl biliyi olmaqla yanaşı, gələcək meyilləri görə bilən mütəxəssislər hazırlayır”.

ADA-nın Mətbuat Xidməti