UNEC-in gənc müəlliminin Xəzərin nəqliyyat şəbəkəsi barədə elmi araşdırması xarici nəşrdə

UNEC-in gənc müəlliminin Xəzərin nəqliyyat şəbəkəsi barədə elmi araşdırması xarici nəşrdə Odessa Milli Dəniz Universitetinin “Development of management and entrepreneurship methods on Transport” adlı elmi jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Bəhruz Babayevin həmmüəllifi olduğu “Xəzərin regional nəqliyyat dəhlizinin strateji faydaları” adlı məqaləsini nəşr edib.
Məqalədə Xəzər dənizi regionundan keçən nəqliyyat və enerji dəhlizlərinin imkanları təhlil edilib. Xəzərin nəqliyyat şəbəkəsinə iki əsas- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin, Xəzər nəqliyyat şəbəkəsinə isə Xəzərdən Avropaya uzanan neft və təbii qaz boru nəqliyyat sistemlərinin daxil olduğu göstərilib. Məqalədə, həmçinin Xəzərin hövzəsində yerləşən ölkələrin neft və təbii qaz ehtiyatlarının dünya enerji bazarında əhəmiyyəti, eləcə də Xəzərin tranzit potensialının Avropa İttifaqı, ABŞ, Rusiya və Çin üçün mühüm iqtisadi və strateji faydaları izah edilir. Müəllif məqalədə Azərbaycanın Xəzərin iqtisadi layihələrinin aparıcı iştirakçısı və dəstəkçisi olduğunu xüsusi qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər