Sentyabrın 30-dan oktyabrın 5-dək Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Sülh, həmrəylik və mehriban qonşuluq dənizi: Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Təhsil Nazirliyinin, “Xəzər-Avrasiya” Mərkəzinin (Rusiya) və AMEA-nın dəstəyi ilə “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı tərəfindən təşkil edilib.
Avrasiya Xalqları Assambleyasının Avrasiyanın Perspektiv İnkişafı Şurasının sədri, Rusiya Xalqları Assambleyası Şurasının sədrinin birinci müavini İqor Kruqovoyun, Azərbaycan Respublika Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelinin və “Xəzər-Avrasiya” Mərkəzinin rəhbəri Kseniya Tyurenkovanın moderatorluğu ilə keçirilən tədbirdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova təbrik nitqləri ilə çıxış ediblər. Qeyd olunub ki, regional və regionlararası geosiyasi və geoiqtisadi proseslərdə Xəzərin strateji əhəmiyyəti, mühüm tranzit-nəqliyyat və logistik qovşaq kimi onun rolu nəzərə alınmaqla Xəzəryanı dövlətlərin səylərini daha sıx birləşdirmək zəruridir. Vurğulanıb ki, 2018-ci il avqustun 12-də Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması və bu il avqustun 12-də keçirilmiş Birinci Xəzər İqtisadi Forumu Xəzər dənizində və ətraf regionlarda iqtisadi, ticari və investisiya əməkdaşlığına, Xəzərin Avrasiyada yeni məkan formalaşmasında mühüm rol oynayan və müasir qlobal tendensiyalara cavab verən ən iri nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilməsinə güclü təkan verəcək.
AMEA Coğrafiya İnstitutunun direktoru və Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini gələcəkdə bu müəssisələr arasında əməkdaşlıq haqqında saziş imzalanmasının vacibliyini də vurğulayıblar.
Tədbirdə “Böyük Yaxın Şərq” Mərkəzinin direktoru Əli Hacızadənin “Avrasiya məkanında KİV-lərin qarşılıqlı təsir imkanları”, Azərbaycanın Rus İcmasının rəhbərinin birinci müavini Yuri Zeninin “Azərbaycanda çoxmillətli əməkdaşlığın inkişafı”, Azərbaycanın Milli Qeyri-Olimpiya İdman Növləri İttifaqının prezidenti Xanlar Qurbanovun “Milli idman növləri forumu” mövzusunda və başqa məruzələr dinlənilib.
Dəyirmi masa gedişində Avrasiya Xalqları Assambleyası ilə Azərbaycan Kazakları Həmyerlilər Birliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova və Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Yuri Çiqiryov imzalayıblar.
Tehsil-press.az