Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsi tərəfindən təşkil olunan karyera istiqamətli onlayn görüşlər artıq ənənə halını alıb.
Bu tip görüşlərin əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olmaqdır.
“Zoom” platforması üzərindən təşkil olunan görüşlər zamanı şöbənin əməkdaşları tərəfindən iş həyatına yeni başlayacaq gənclər üçün vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası aşılanır, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumatlar verilir. Həmçinin karyera yolunda ilk addım olaraq CV-lərin düzgün tərtib edilməsi, ən çox yol verilən səhvlərə dair vacib məsələlər ətrafında müzakirələr aparılır.
Bu görüşlərin yaratdığı imkanlar sayəsində gözlənilən nəticələr öz faydasını verib. Belə ki, son bir ay ərzində bu görüşlərdə iştirak edən tələbələrdən 5 nəfəri öz ixtisasları üzrə işlə təmin edilib. Onlardan 2 tələbə təcrübəçi, digərləri isə işçi olaraq artıq karyeralarına start veriblər. Bu, digər tələbələrin də görüşlərə maraq və inamını artırır.
Tehsil-press.az