Sərgi tələbələr üçün universitet və karyera arasında körpü rolunu oynayır

Sərgi tələbələr üçün universitet və karyera arasında körpü rolunu oynayır Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan Karyera sərgisi tələbələrə iş tapmaqla yanaşı, həm də təcrübə keçmək üçün şirkətlərlə əlaqə yaratmağa imkan verir. Bu sərgi tələbələr üçün universitet və karyera arasında körpü rolunu oynayır.
Bu fikirləri fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə təşkil olunan Karyera sərgisinin müsahibəsində universitetin Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Zümrüd Dostuyeva deyib.
“Sərgidə dövlət müəssisələri ilə yanaşı, özəl şirkətlər də təmsil olunurlar. Müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox iş yeri təklif edilir. Bu, tələbələrə daha çox seçim imkanı verir. Mən gələcəkdə karyeramı interyer dizaynı istiqamətində qurmaq istəyirəm, ona görə də sərgidə daha çox özəl dizayn şirkətlərinin stendləri ilə yaxından tanış oldum. Mənim üçün maraqlı olan bir neçə şirkətə CV təqdim etdim”, - deyə Zümrüd Dostuyeva bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər