ADPU-da tələbələrlə imtahanqabağı keçirilən onlayn görüşlər yekunlaşıb

ADPU-da tələbələrlə imtahanqabağı keçirilən onlayn görüşlər yekunlaşıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi universitetə bu il qəbul olunan 1000 nəfərdən artıq azərbaycanlı və türk tələbə ilə “Microsoft Teams” platformasında onlayn görüşlər keçirib.
Görüşlərdə prorektorlar - professor Fikrət Rzayev və dosent Eldar Aslanov, Tədris departamentinin müdiri, dosent Sənan Əliyev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak ediblər.
Bu gün yekunlaşan görüşlərdə tədrisə məsafədən başlayan birinci kurs tələbələrinin onlayn tədrisdə üzləşdikləri obyektiv və subyektiv çətinliklər, tədris və imtahan sessiyası, ictimai fəaliyyət, karyera və təhsil imkanları ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər