İyulun 6-da “Akkord” şirkətinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüş keçirib.
Görüşdə şirkətin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, “Körpü Tunel Tikinti” MMC-nin direktoru Mehrab İskəndərov, “Hidrotexniki Tikintilər” MMC-nin müdiri Mirzahid Ağayev təmsil etdikləri müəssisə barədə tələbələrə ətraflı məlumat veriblər. Şirkətin kadr hazırlığı üçün stimul olacaq ilk “Yay təcrübə proqramı” pilot layihəsinə start verildiyi tələbələrin diqqətinə çatdırılıb. Şirkət təmsilçiləri ilk layihəyə AzMİU-nun inşaat, nəqliyyat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin tələbələrinin cəlb edildiyini bildiriblər.
Qeyd olunub ki, tələbələr “Akkord” şirkətinin xətti ilə Özbəkistanda yol və nəqliyyat, Azərbaycanda isə Salyan və Cəlilabad rayonlarında Dünya Bankı tərəfindən maliyyələşdirilən hidrotexniki qurğuların tikintisi üzrə beynəlxalq layihələrdə təcrübə keçmək imkanı əldə ediblər. “Yay təcrübə proqramı”nda dil və kompüter bilikləri yüksək olan tələbələrə üstünlük veriləcəyi, fərqlənən tələbələrin xaricə göndəriləcəyi, bir semestr ərzində təhsil xərclərinin şirkət tərəfindən ödəniləcəyi diqqətə çatdırılıb.
“Akkord”un təmsilçiləri AzMİU tələbələrinin savadlı kadrlar kimi yetişdirilərək gələcəkdə şirkət tərəfindən işlə təmin olunmasında maraqlı olduqlarını vurğulayıblar. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Qeyd edək ki, “Akkord”un AzMİU-da həyat keçirdiyi ilk pilot layihəsi kadr hazırlığı sahəsində böyük stimul olacaq və proqrama qoşulmaqla tələbələr karyera qurmaq imkanı qazanacaqlar.

AzMİU-nun Mətbuat Xidməti