Misir, Fransa, Almaniya və İordaniya xarici işlər nazirləri Qahirədə görüşüblər

Misir, Fransa, Almaniya və İordaniya xarici işlər nazirləri Qahirədə görüşüblər Qahirədə Fələstin və Yaxın Şərq üzrə sülh danışıqlarını ehtiva edən Münhen formatı çərçivəsində Misir, Fransa, Almaniya və İordaniya xarici işlər nazirlərinin görüşü keçirilib.
Görüşdə İordaniyanın xarici işlər və mühacir məsələləri naziri Əymən əs-Safadinin israilli həmkarı ilə Fələstin probleminin həllinə dair apardığı danışıqların nəticələri müzakirə olunub. Nazirlər bildiriblər ki, münaqişə tərəfləri arasında danışıqların davam etdirilməsi zəruridir, Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olması sözügedən problemin həllindən çox asılıdır. Misirin xarici işlər naziri Sami Şükrü qeyd edib ki, problem BMT Təhlükəsizlik Şurasının 1967-ci il 4 iyun tarixli qətnaməsi əsasında nizama salınmalıdır.
Almaniya və Fransanın xarici işlər nazirləri Hayko Maas və Jan-İv Lö Drian bildiriblər ki, Avropa İttifaqı Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar edilməsi istiqamətində səyləri daha da artırmaq niyyətindədir.

Tehsil-press.az

Oxşar xəbərlər