Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb Bratislavada (Slovakiya) ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb.
ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutan görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kasprşik də iştirak edir.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Tehsil-press.az

Oxşar xəbərlər