Konqoda müəmmalı xəstəlik 62 nəfərin həyatına son qoydu

Konqoda müəmmalı xəstəlik 62 nəfərin həyatına son qoydu Konqo Demokratik Respublikasında 62 nəfər "müəmmalı xəstəlik”dən ölüb.
Bikenqe əyalətində on gün ərzində yüksək temperaturlu, dehidrasiya (su itirmə) və anemiya(qan azlığı) əlamətləri yaşayan 62 nəfər həyatını itirib.
Ölkənin səhiyyə sistemi xəstəlik nəticəsində ən çox beş yaşına qədər uşaqların öldüyünü açıqlayıb.
Bu əlamətlərlə ölümlərin artdığı Konqoda xəstəlik haqqında hələ ki, baza məlumatlar toplana bilməyib.

Tehsil-press.az



Oxşar xəbərlər