“ABŞ-da koronavirusun ikinci dalğası daha ölümcül ola bilər”

“ABŞ-da koronavirusun ikinci dalğası daha ölümcül ola bilər” ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.
Bu barədə “CDC”nin direktoru Robert Redfild “Washington Post” qəzetinə açıqlama verib: “Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür.
Eyni dövrdə iki respirator xəstəlik ilə qarşılaşmaq səhiyyə sistemimizə kəskin ziyan vura bilər”.
Redfild bildirib ki, hökumət önümüzdəki aylarda ən pis ssenariyə hazırlaşmalıdır. “Səlahiyyətlilər komendant saatını ləğv etdikdən sonra sosial məsafənin və əl yumanın vacibliyini bir daha xatırlatmalıdırlar” ,- deyə o, vurğulayıb.
Qeyd edək ki, ABŞ-da ölkə üzrə 819,175 insan koronavirusa yoluxub, 45,343 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər