Paşinyanın ailəsi Moskvada təhqir edildi

Paşinyanın ailəsi Moskvada təhqir edildi Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla qızları Moskva aeroportlarının birində görüntüləniblər.
Aeroportda rəsmi şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş zala daxil olan Rusiyanın erməni icmasının nümayəndələri Anna Akopyanla qızlarının ünvanına “satqınlar”, “eybəcərlər ailəsi” kimi təhqiramiz ifadələr səsləndiriblər.
Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi RF Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və VIP-zala girişi bağlayıblar.
Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısından avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları təhqir etməyə davam ediblər.
Xatırladaq ki, daha əvvəlki iddiaya görə, Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizlicə Moskvaya gedib. “News.am” saytının Moskvadakı mənbəsi isə Paşinyanın ailəsinin Moskvaya mənzil axtarmaq üçün getdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər