Vaşinqtonun Baş prokuroru Karl Rasin ABŞ Prezidentinin böyük oğlu – kiçik Donald Trampı 2017-ci ilin yanvarında respublikaçının inauqurasiyasının keçirilməsi üçün yığılan vəsaitin doğru məqsədlərlə xərclənməməsi barədə iş çərçivəsində dindirmək niyyətindədir.
Bu barədə “The Washington Post” qəzeti xəbər verib.
Onun məlumatına görə, paytaxt Baş Prokurorluğu ABŞ liderinin oğluna iş üzrə ifadə vermək xahişi ilə müraciət edib.
Qeyd edək ki, ötən ilin dekabrında dövlət başçısının böyük qızı İvanka istintaq çərçivəsində Vaşiqnton prokurorluğuna çağırılmışdı. Onun sözlərinə görə, o, Baş Prokurorluqda ümumilikdə 5 saat keçirmişdi. İvanka Tramp istintaqı tənqid etmişdi.
Tehsil-press.az