İvanka Trampın baş verənlərə reaksiyası tənqidlə nəticələndi

İvanka Trampın baş verənlərə reaksiyası tənqidlə nəticələndi ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı İvanka Tramp Konqres binasına daxil olan iğtişaşçılara müraciət edib.
O, öz tvitter səhifəsindəki paylaşımında onları “Amerikanın vətənpərvərləri” adlandırıb.
İvanka, həmçinin atasının “Xahiş edirəm, paytaxt polisini və hüquq-mühafizə orqanlarımızı dəstəkləyin. Onlar həqiqətən ölkəmizin yanındadırlar. Sakit qalın”,- postunu da yayımlayıb.
Prezident qızının “vətənpərvər” ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və o tənqidə məruz qalıb.
İvanka daha sonra sözügedən postunu silmək məcburiyyətində qalıb.

Tehsil-press.az



Oxşar xəbərlər