Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Səyyar qəbul Bakıdakı 229 nömrəli tam orta məktəbdə keçirilib. Vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, təhsil müəssisələrinin zəruri ləvazimatlarla təminatı, idman meydançalarının abadlaşdırılması, fənn kabinetlərinin yaradılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Vətəndaşların müraciətləri qeydiyyata alınıb, bir sıra məsələlər həllini tapıb. Digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin Mətbuat Xidməti